Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədəliyeva turnirlə vidalaşmalı olub.
Bu gün Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə erkən vidalaşmışdı.