“Sabah” hücumçusu İshak Belfodillə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Berfodilə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Berfodil ötən ilin sentyabrından “Sabah”da oynayırdı.

Xatırladaq ki, “Sabah” bunadək Davit Volkov, Rauf Rüstəmli, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh, Fəxri Məmmədli və Jarl Marqarita ilə yollarını ayırıb.

Shares: