Formula 1 üzrə dünya çempionstının Belçika qran-prisi geridə qalıb. Spadakı yarış çox maraqlı strateji mübarizə ilə diqqət çəkib.
Yarışın taleyi komanda körpüsündəki qərarlarla həll edilib. Bu mübarizədə hamıdan ağıllı “Mersedes”in strateqləri davranıblar. Onların taktikası dublla nəticələnib. İlk pillə Corc Rasselə qismət olub. İngiltərəli sürücü karyerasında üçüncü qələbəsini qazanıb. Onun həmyerlisi Lyuis Həmilton isə ikinci yeri tutub. Podiumun son pilləsinə Oskar Piastri qalxıb. “Maklaren”in sürücüsü ötən yarışdakı qələbədən sonra bu dəfə 3-cü olub.
Çempionatın lideri Maks Ferstappen 11-ci yerdən start verməsinə baxmayaraq xeyli irəliləyərək 5-ci yeri tutub. Niderlandlı sürücü turnir cədvəlində liderliyi davam etdirir. Onun ən yaxın izləyiisi olan Lando Norris bu dəfə iki xal az qazanıb.
Qeyd edək ki, bu yarışdan sonra çempionatda 4 həftəlik fasilə başlayır. Növbəti mərhələ avqustun son həftəsində Niderlandda olacaq.