Almaniyanın “Nürnberq” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə danışıqları davam etdirir.

Futbolinfo.az xəbər verir ki, bunu 2-ci Bundesliqa klubunun idman direktoru Joti Katzialeksiu yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Zaqreb “Dinamo”sunun forvardı ilə danışıqlar müsbət məcrada irəliləyir. Katzialeksiunun sözlərinə görə, komandanın Can Uzunun 11 milyon avroya “Ayntraxt”a satılmasından sonra hücumun mərkəzində boşluğu məhz Emreli doldura bilər: “Mahir əsl bizim istədiyimiz mentalitetdədir. Həm qol vurmaq bacarığı var, həm yaxşı sürətə, həm də uzaqdan qüvvətli zərbələrə malikdir. Eyni zamanda top saxlamağı, komanda yoldaşlarının boş mövqeyə açılmalarını təmin edə bilir. Danışıqlarımız istədiyimiz məcradadır”.

Qeyd edək ki, Mahir Emrelinin Xorvatiya klubu “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares: