Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la cavab oyununa çıxacaq Hayfa “Makkabi”si növbəti raunda yüksəlmək şansını azaldıb.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, Macarıstandakı oyunda 0:3 hesabı ilə məğlub olan komandada ciddi dəyişikliklər gözlənilir.

Belə ki, baş məşqçi Barak Baxar Bakıdakı cavab qarşılaşmasına fərqli heyəti buraxmağı planlaşdırır. İsrail təmsilçisi “Sabah”ı keçə bilməsə, təxminən 3 həftə rəsmi oyunlara çıxmayacaq. Bunu nəzərə alan çalışdırıcı az oyun şansı əldə edənlərə Bakıda güvənməyi düşünür. Onlardan biri də seneqallı müdafiəçi Abdulaye Bek olacaq. 32 yaşlı futbolçu təlim-məşq toplanışına qatılmasa da, “Sabah”la cavab görüşündə ilk dəqiqələrdən meydanda olması gözlənilir.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah” – “Makkabi” oyunu saat 20:00-da başlayacaq.

Shares: