Ederson gələcəyi barədə qərar verməyib. Braziliya millisinin qapıçısı “Mançester Siti”də qalıb-qalmayacağına tezliklə aydınlıq gələcəyini deyir.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanından ciddi təklif alan qolkiper İngiltərə təmsilçisinin verəcəyi cavab gözləyir. 2017-ci ildə “Benfika”dan 40 milyon avroya transfer edilmiş cənubi amerikalı, daha 2 illik müqaviləsinin qaldığı “şəhərlilər”dən asılıdır. Klubu onu satmağa razılıq versə, Ederson sərvət qazanacağı Asiyaya yollanacaq.
Lakin 30 yaşlı qolkiper Mançesterdəki durumundan da narazı deyil: “Heç bi şeyə qərar verilməyib. Baş məşçimz Xosep Qvardiolanın qalmağımı istədiyini eşitməym çox xoş oldu. O, bir dahidir və dedikləri qürurvericidir. Mən burada xoşbəxtəm”.
Ederson qərarın yeni mövsümün startına kimi veriləcəyini deyir: “Sakitəm. Hər şey Allahın əlindədir. O, ən doğrusunu qismət edəcək”.