Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Futbolinfo.az xəbər verir ki, idmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub – 0:2 (13:21, 11:21).

O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı – 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.

Olimpiada avqustun 11-də başa çatacaq.

Shares: