“Yaxşı oynamadım, lakin pis də çıxış etmədim. Səhv buraxdım, amma özümlə fəxr edirəm, çünki olimpiadada mübarizə apardım”.

Futbolinfo.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.

Qrupdakı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzan (0:2) idmançı Azərbaycan Badminton Federasiyasına, məşqçisinə və ailəsinə təşəkkür edib: “Çünki qalib və ya məğlub olmağıma baxmayaraq onlar məni həmişə dəstəkləyiblər”.

Olimpiada avqustun 11-də başa çatacaq.

Shares: