“İlk dəqiqələr bizim üçün çətin keçdi”. Bunu futbolinfo.az saytina açıqlamasında “Sabah”ın müdafiəçisi Con İrasabal deyib.

İspaniyalı futbolçu Konfrans Liqasının ikinci təsnifat mərhələsində Israilin “Makkabi” (Hayfa) klubuna 3:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Makkabi” yaxşı başladı, topa sahibləndi. Lakin müdafiədə onların hücumlarını zərərsizləşdirə bildik. Bəlkə də buna görə özümüzə daha çox güvənməyə başladıq. İkinci hissə bizim üçün daha yaxşı keçdi. Hücumlarımız effektli oldu və qələbə qazana bildik”.

İrasabal 3:0 hesablı qalibiyyətin avantaj olduğunu deyib: “Nəticə çox yaxşıdır, amma növbəti mərhələyə keçmək istəyiriksə, rahatlaşa bilmərik. “Makkabi”də çox keyfiyyətli oyunçular var, ona görə daha diqqətli olmalıyıq”.

Shares: