“Qalatasaray” yetirməsi Cankat Yılmaz illə peşəkar müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı qolkiperlə sözləşmə 2027-ci ilin yayınadək nəzərdə tutulub. İstanbul təmsilçisi Yılmazı dərhal icarəyə göndərib. O, 2024/25 mövsümünün sonunadək 1-ci liqa təmsilçisi “Adanaspor”un formasını geyinəcək.

Cankat Yılmaz Türkiyənin gənclərdən ibarət milli komandalarında da oynayıb.

Shares: