Braziliyalı yarımmüdafiəçi Duqlas Kosta “Fluminense”dən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, tərəflər 2025-ci ilin yayına qədər olan müqaviləni ləğv ediblər.

Kosta Braziliya klubu ilə 6 ay ərzində 22 oyun keçirib.

33 yaşlı futbolçu əvvəllər “Şaxtyor”, “Bayern”, “Yuventus” və “Los Anceles Qalaksi”də çıxış edib. O, ümumilikdə keçirdiyi 534 oyunda 76 qol vurub və 108 məhsuldar ötürmə edib.

Shares: