Elmar Baxşıyev susur. Naxçıvan Futbol Federasyasının prezidenti Zaur Axundovun açıqlamasına cavab vermək üçün onun sözü yoxdur.
Axundov qardaşı Ramin bəyin prezident olduğu “Araz-Naxçıvan”ın baş məşqçisi haqqında danışarkən, iki aya nəticə verməyəcəyi halda onu qovacağını bildirmişdi. Zaur bəyin buna hüququ omaması bir yana, ötən mövsümün sonunda komandaya təyinat alan Baxşıyevin susqunluğu düşündürücüdür.
Sözügedən müsahibədən sonra ya “Araz-Naxçıvan”ın İdarə Heyəti, ya da baş məşqçi istefa verməli idi. Amma onlar susur. Baxşıyev iki aydan sonra qovulanda onun deyəcəkləri heç kimə maraqlı olmayacaq. O indi, təzyiq altında işləməyə məcbur edildiyi vaxt danışmalıdır. Görünür, cəsarəti çatmır…