“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu turnirinin 2-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”u bu dəfə doğma meydanda sınağa çəkəcək.

Azərbaycan və Cəbəllüttariq çempionları arasındakı cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.

Xatırladaq ki, ağdamlılar Cəbəllüttariqdəki görüşdə 2 cavabsız qola seviniblər.

Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub olan tərəf də Avroliqanın 3-cü təsnifat mərhələsində məhz “Lüdoqorets” – “Dinamo” cütünün uduzanı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul

20:00. “Qarabağ” – “Linkoln”
Hakimlər: Yakob Sundberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (hamısı Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 2:0.

Shares: