Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan millimizin 2-ci turda Slovakiya ilə səfər görüşünün stadionu bilinib.

Slovaklar Fernandu Santuşun yetirmələrini sentyabrın 8-də Koşitsedə qəbul edəcəklər. Koşitse Futbol Arenasında baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu komandalar arasında Bakıdakı oyun isə oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Qeyd edək ki, millimiz ilk turda İsveçi “Tofiq Bəhramov”da (5 sentyabr) qəbul edəcək, 3-cü turda isə Tallində Estoniyanın qonağı olacaq.

Shares: