“Neftçi”nin sabiq futbolçusu Denilson Silva klubları əlcək kimi dəyişməkdə davam edir.

Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu növbəti dəfə ölkəsinə qayıdıb.

Forvard B Seriyası təmsilçisi “Vila Nova” ilə anlaşıb. Denilson yeni komandası ilə 6 aylıq müqavilə bağlayıb. O, mövsümün ikinci yarısını hazırda 3-cü pillədə qərarlaşan komandada keçirəcək. Bununla “Vila Nova” Denilsonun karyerasında 16-ı fərqli klub olacaq.

Qeyd edək ki, Denilson Silva 2016-cı ilin yayında keçdiyi “Neftçi”də cəmi 6 ay çıxış edib.

Shares: