“Fehervar”ın futbolçusu Milan Petö Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la keçiriləcək cavab oyunu barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, 19 yaşlı macarıstanlı yarımmüdafiəçi sabahkı matça qələbə üçün çıxacaqlarını söyləyib.

O, klubun rəsmi saytına açıqlamasında bunları deyib: “Şoştoi” stadionunda yaxşı komandaya qarşı oynayacağıq. Bunu ötən həftə səfər matçında gördük. Azərbaycanlı futbolçular fiziki cəhətdən güclüdürlər və yüksək keyfiyyətə malikdirlər. Cavab görüşünə belə yanaşmağımız vacibdir. Evdə də qalib gəlmək və mərhələ adlamaq üçün mübarizə aparacağıq. Azərbaycandakı qarşılaşmada şans qazandığım üçün çox şadam. Həmçinin bütün komanda səfərə yollanmışdı”.

Qeyd edək ki, “Fehervar” – “Sumqayıt” oyunu sabah təşkil olunacaq. “Sumqayıt” evdəki ilk görüşdə 1:2 hesabı ilə məğlub olub.

Shares: