Parisdə Yay Olimpiya Oyunları davam edir. Bu gün daha 12 dəst medal sahibini tapacaq.
Azərbaycan millisi 8 yarışda təmsil olunacaq. Fərdi mübarizəyə qatılacaq 7 idmançımızla yanaşı, basketbolun 3×3 növü üzrə qadınlardan ibarət yığmamız da Olimpiada həyəcanı yaşayacaq. Avarçəkən Diana Dımçenko və kamandan oxatan Yaylagül Ramazanova Paris-2024-də mübarizələrini ikinci sınaqda davam etdirəcək. Digərləri yarışa yeni qoşulacaq.
10:45. Triatlon, kişilər
Rostislav Pevtsov
11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m
1/4 final
Diana Dımçenko
12:00. Cüdo, kişilər, 81 kq
1/8 final
Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi
13:00. Üzgüçülük, kişilər, 200 m, batterflyay
Təsnifat mərhələsi
Ramil Vəlizadə
17:30. Boks, kişilər, 51 kq
1/8 final
Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)
18:34. Boks, kişilər, 80 kq
1/8 final
Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)
20:11. Kamandan oxatma, qadınlar
1/32 final
Yaylagül Ramazanova – Qixuan An (Çin)
23:00. Basketbol 3×3, qadınlar
İspaniya – Azərbaycan