Basketbol üzrə “Monako” klubunun sahibi Aleksey Fedorıçevin işi istintaq altındadır.
“Monako”nun sahibi dövlət məmurlarına rüşvət verməkdə, kənd təsərrüfatı sənayesində Ukrayna şirkətinə qarşı dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunur. Fedorıçevin ümumi dəyəri 41 milyon avro olan aktivlərinə həbs qoyulub.
Müsadirə edilmiş əmlakın hamısı qeyri-qanuni yolla əldə edilmiş vəsaitlərin investisiyaları hesabına qazanılıb. Müsadirə edilən aktivlər arasında İtaliyadakı tarixi “Torre del Gallo” malikanəsi də var.