“Real”ın hücumçusu Kilian Mbappe Fransanın “Kan” klubunun səhmlərini satın alıb. Bu barədə “Le Parisien” xəbər verib. Klubun nəzarət paketi artıq forvarda məxsusdur.
Mənbənin sözlərinə görə, sövdələşmə yaxın vaxtlarda rəsmən elan edilməlidir. Futbolçu səhmlərə görə təxminən 20 milyon avro ödəyib. O, “Kan”ı klubun müşahidə şurasının prezidenti Pyer-Antuan Kaptonla birlikdə idarə edəcək.
Qeyd edək ki, komanda 2019/20 mövsümündən etibarən Fransanın ikinci divizionunda çıxış edir.