Formula 1 pilotu Serxio Peres mövsümün sonuna qədər “Red Bull” komandasını tərk etməyəcək. Bu barədə “The New York Times” xəbər verib.

Mənbənin sözlərinə görə, komanda daxilində pilotlarla bağlı müzakirələr aparılıb. Danışıqlar nəticəsində Peresi ən azı cari mövsümün sonuna qədər saxlamaq qərara alınıb.

Xatırladaq ki, “Red Bull”un rəhbəri Kristian Horner də Peresi əvəz etməsi ilə bağlı məlumatları təkzib etmişdi. Şayiələrə görə, RB pilotu Daniel Rikkardo və “Red Bull”un ehtiyat sürücüsü Liam Louson Peresin yerinə əsas namizədlər idi.

Shares: