“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda özünə yeni komanda tapıb.
Futbolinfo.az saytı xəbər verir ki, Yaponiya millisinin keçmiş yarımmüdafiəçisi Butanda çıxış edəcək. O, “Paro” klubu ilə anlaşıb.
Maraqlıdır ki, müqavilə cəmi 1 oyunluq nəzərdə tutulub. Belə ki, Honda AFC Çağırış Liqasına vəsiqə uğrunda qarşılaşmada “Paro”ya kömək edəcək.
Qeyd edək ki, Keysuke Honda 2021-ci ilin martından iyuluna kimi “Neftçi”nin formasını geyinib.