“Böyük dəbilqə” yarışlarının 22 qat qalibi Rafael Nadal karyerasını bitirməsi ilə bağlı sualı cavablandırıb.
“Hər dəfə bunu soruşursuz. Mən hər gün əlimdən gələni edirəm. Bu turnir başa çatdıqdan sonra özümü necə hiss etdiyimə və nə istədiyimə əsaslanaraq lazımi qərarlar verəcəyəm. Bu gün nəsə söyləyə bilmərəm”, – deyə Nadal mətbuat konfransında jurnalistlərin sualına cavab verib.
İspan tennisçi yarışa bilməyəcəyini hiss etdikdə karyerasını bitirəcəyini də əlavə edib.
Xatırladaq ki, Olimpiadanın ikinci turunda Nadal serbiyalı Novak Cokoviçə 1:6, 4:6 hesabı ilə uduzub.