“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı hücumçu Andrey Ştoqrin artıq “Neftçi” ailəsinin üzvüdür.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 88 nömrəli formanı geyinəcək.

Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in A komandasında çıxış edib. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/24 mövsümündə 34 oyun keçirib, 12 qol vurub.

Shares: