“Bu gün nizam-intizamlı, səliqəli oyun oldu”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis tribunadakı azarkeşlərin onlara əlavə motivasiya verdiyini bildirib: “Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram”.

Qurbanov 3-cü təsnifat mərhələsində potensial rəqibləri barədə də danışıb: “Bütün fikrimizi bu oyuna yönəltmişdik. Bolqarıstan təmsilçisi “Ludoqorets” Avropada son vaxtlar yaxşı çıxış edir. “Dinamo”nun (Belarus) da heyəti gəncdir və sürətli futbolçuları var. Güclü olan tərəf bizə rəqib olacaq”.

Təcrübəli mütəxəssis ukraynalı yarımmüdafiəçi Aleksey Kaşukun “Qarabağ”a mümkün keçidinə də münasibət bildirib: “Ola bilər ki, hansısa komandamıza görə buradadır. Aleksey Kaşuk bizim dəvətimizlə Bakıya gəlməyib”.

Xatırladaq ki, “Sabah”ın ukraynalı sabiq oyunçusu “Qarabağ”ın Bakıda “Linkoln” 5:0 hesabı ilə məğlub etdiyi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu tribundan izləyib.

“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda “Ludoqorets” qələbə qazanıb – 2:0.

Shares: