Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sumqayıt” da bu gün “Fehervar”la cavab matçına çıxacaq.

Rəqib meydanında keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. 

Samir Abasovun çalışdırdığı Azərbaycan təmsilçisi doğma meydanda baş tutan ilk oyunda Macarıstan klubuna 1:2 hesabıyla uduzub. Bu üzdən də təmsilçimizə mərhələ adlamaq üçün mütləq inamlı hesabla qələbə qazanmaq lazımdır.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

31 iyul

21:00. Fehervar – Sumqayıt
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu.
İlk oyun – 2:1.

Shares: