“Qarabağ” Çempionlar Liqasında (ÇL) özünün və Azərbaycanın rekordunu təkrarlayıb.

Futbolinfo.az saytının məlumatına görə, Ağdam təmsilçisi tarixində ikinci dəfə qitənin ən nüfuzlu turnirində 5 top fərqli qələbə qazanıb. Bu isə Azərbaycan klublarının ÇL-də ən böyükhesablı qalibiyyətidir.

Dünən 2-ci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”un qapısından 5 cavabsız top keçirən Qurban Qurbanovun yetirmələri 2017-ci ildəki rekordu təkrarlayıb. Həmin vaxt da turnirin II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtrediya” Tofiq Bəhramov adına Respublika stadionunu 0:5 hesablı məğlubiyyətlə tərk etmişdi.

Ümumiyyətlə, Çempionlar Liqasında 3-dən böyük fərqlə qələbə qazanan yeganə komandamız “Qarabağ”dır. Çempionun aktivində 6 darmadağın var.

“Qarabağ”ın ÇL-dəki darmadağınları:

11.07.2017. II təsnifat mərhələsi: “Samtrediya” (Gürcüstan) – 5:0

30.07.2024. II təsnifat mərhələsi: “Linkoln” (Cəbəllütariq) – 5:0

12.07.2022. I təsnifat mərhələsi: “Lex” (Polşa) – 5:1

22.07.2014. II təsnifat mərhələsi: “Valletta” (Malta) – 4:0

18.08.2020. I təsnifat mərhələsi: “Sileks” (Makedoniya) – 4:0

19.07.2023. I təsnifat mərhələsi: “Linkoln” (Cəbəllütariq) – 4:0

Shares: