Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün daha 11 dəst medal sahibini tapacaq. Bununla da başa çatan proqramların ümumi sayı 56-ya çatacaq.
Azərbaycan millisi 5 yarışda təmsil olunacaq. Fərdi mübarizəyə qatılacaq 4 idmançımızla yanaşı, basketbolun 3×3 növü üzrə qadınlardan ibarət yığmamız növbəti matçını keçirəcək.
Millimiz kimi avarçəkən Diana Dımçenko və badmintonçu Edi Reski Dviçayo da növbəti sınağına çıxacaq. Cüdoçu Elcan Hacıyevlə triatlonçu Rostislav Pevtsovun Parisdəki çıxışı da bu günə təsadüf edəcək.
12:00. Cüdo, kişilər, 90 kq
1/16 final
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)
12:25. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m
C/D yarımfinalı
Diana Dımçenko
12:45. Triatlon, kişilər
Rostislav Pevtsov
18:30. Badminton, kişilər, fərdi
Qrup mərhələsi, III tur
Anders Antonsen (Danimarka) – Edi Reski Dviçayo
23:30. Basketbol 3×3, qadınlar
ABŞ – Azərbaycan