“Barselona” Niko Uilyamsın transferi ilə bağlı fəaliyyətini dayandırıb.

“As” qəzetinin məlumatına görə, klub transferin gerçəkləşəcəyinə inanmır. Bunun da səbəbi “Atletik” klubunun və futbolçunun ailəsinin Nikoya təzyiqidir. Nikonun yaxın dostu olduğu Aleks Balde Uilyamsı “Barselona”ya keçməyə razı salmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

“Barselona” Nikonun fikrini dəyişəcəyinə ümidini saxlayır. Lakin hazırda onun Bilbao komandasında qalacağı daha real görünür. Avropa çempionatının qəhrəmanlarından biri PSJ-nin təklifinə də rədd cavabı verib. Halbuki fransızlar onun maaşını 3 dəfə artırmağı təklif ediblər.

Shares: