Çin triatlonçusu Lin Xinyu 2024-cü il Olimpiadasındakı çıxışından sonra vəziyyəti haqqında danışıb. İdmançı Sena çayında keçirilən yarışın üzgüçülük hissəsi ilə bağlı fikirlərini bölüşüb.

– Senada çimdikdən sonra xəstələnəcəyinizdən narahatsınız?

– Düşünürəm ki, Olimpiadanın təşkilatçıları suyun keyfiyyətinə çox ciddi yanaşıblar, buna görə də hər şey normaldır. Mən yaxşıyam.

– Özünüzü yaxşı hiss edirsiz?

– Bəli, yaxşı (gülür).

– Hər kəs yalnız bundan narahatdır.

– Narahat olmayın! Mən yaxşıyam, ölmürəm (gülür).

Lin Xinyu yarışı 28-ci yerdə başa vurub. Qızıl medalı fransız Kassandra Boqran qazanıb.

Shares: