“Neftçi” növbəti transferə hazırlaşır. Bakılılar 3-cü qapıçı kimi Rüstəm Samiqullini icarəyə götürür.
Futbolinfo.az xəbər verir ki, 2020-ci ildən “Sabah”da oynayan 21 yaşlı əlcək sahibi növbəti mövsümü “Neftçi”də keçirəcək. “Bayquşlar”la 2026-cı ilədək müqaviləsi olan milliləşdirilmiş rusiyalı ilə danışıqlar müsbət nəticələnib. Klubu da razılığını verdiyindən, tezliklə keçidin açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Aqil Məmmədovun karyerasını bitirməsndən, eləcə də İvan Brkiçlə yolların ayrılmasından sonra “Neftçi” qapını yalnız yerli statusunda oynayanlara tapşırmaq istəyir. Əsas qapıçı Rza Cəfərov, ehtiyatda Emil Balayev olacaq. Azarkeşlərin narazılığı üzündən transferi alınmayan Səlahət Ağayevin əvəzinə isə Samiqullinin heyətə cəlb edilməsi nəzərdə tutulub.