“Çelsi” Danimarka millisinin və “Vilyarreal”ın qapıçısı Filip Yorgenseni heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı qolkiperlə müqavilə 2031-ci ilin yayınadək nəzərdə tutulub. “Zadəganlar” “Vilyarreal”a 24,5 milyon avro ödəyəcək.

Yorgensen 2023-cü ilin yanvarından La Liqa klubunun əsas komandasında oynayırdı. Bu müddət ərzində o, bütün turnirlərdə 44 matça çıxıb, 75 qol buraxıb.

Shares: