“Forbes” jurnalı Formula 1 komandalarının rəhbərlərinin sərvətini dərc edib.

“Forbes”in məlumatına görə, “Mersedes”in həmsahiblərindən biri Toto Volfun sərvəti 2024-cü ildə 600 milyon dollar artıb. Bunun da səbəbi onun komandadakı payının dəyərinin artmasıdır. Volfun ümumi şəxsi sərvəti hazırda 1,6 milyard dollar qiymətləndirilir. Bu da Formula 1 komandalarının başçıları arasında ən zəngin olmaq deməkdir.

İkinci yerdə çempion komanda “Red Bull Racing”in rəhbəri Kristian Horner qərarlaşıb. Onun sərvətinin Volfun sərvətindən dəfələrlə az olmaqla cəmi 50 milyon dollar təşkil edir.

Milyonçu rəhbərlər sıralamasında üçüncü yeri “Williams”ın başçısı Ceyms Voulz və “Sauber”də eyni vəzifəni daşıyan Alessandro Alunni Bravi bölüşür. Hər ikisinin varidatının təxmini dəyəri 5 milyon dollardır.

“Ferrari”nin baş direktoru Frederik Vassyörin sərvəti 3 milyon dollardır. “McLaren” komandasının başçısı Andrea Stellanın sərvəti bunun yarısı qədərdir – 1,5 milyon dollar. “Aston Martin”in baş direktoru Mayk Krakın sərvəti 1 milyon dollara bərabərdir.

Shares: