Olimpiya oyunlarının tennis turnirində kişilərin mübarizəsində 1/8 finalın ilk oyunları baş tutub.
Turnirin əsas favoritlərindən sayılan Novak Cokoviç almaniyalı Dominik Köpferlə oyunun 1-ci setində çətinlik çəkib. 7:5. Sonrakı seti daha rahat qazanan serb tennisçi ¼ finala adlayıb. Bu mərhələdə onun rəqibi Stefanos Tsitsipas olacaq. Yunanıstan təmsilçisi Baesi məğlubiyyətə uğradıb.
Digər ¼ final cütü Lorenzo Muzetti və Tommi Pouldan ibarətdir. İtaliyalı Muzetti iki setdə Teylor Frtitsi üstələyib. Tommi Poul da eyni hesabla Korenten Muteni məğlubiyyətə uğradıb.