Qazaxıstan idmançısı Yekaterina Şabalina Olimpiadanın triatlon yarışını bitirdikdən sonra həkimə müraciət etdiyini bildirib.

Yarışın üzgüçülük hissəsi Sena çayında baş tutub. Şabalina səhhəti pisləşdiyi üçün yarışı yarımçıq tərk etmək məcburiyyətində qalıb.

“İşimi bitirdikdən dərhal sonra həkimə müraciət etdim. Dərmanlar təyin olundu. Ümid edirəm ki, halım daha da pisləşməyəcək”, – deyə atlet qeyd edib.

Xatırladaq ki, yarışın qalibi Fransa idmançısı Kassandra Boqran olub.

Shares: