Avqustun 1-də “Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Masazır təmsilçisinin futbolçusu Jesse Sekidika rəqibin çox güclü olduğunu bildirib:

“Mən də baş məşqçimizin dediyi ilə razıyam. Səfərdə qazandığımız qələbə bizi arxayınlaşdıra bilməz. Rəqib çox güclüdür. Biz də yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, sabah mərhələni keçən tərəf biz olacağıq.

Öz şəxsi hədəfimə gəlincə, mənim üçün yaxşı olardı ki, komandamızı qrup mərhələsində görək. Komandamızın uğur qazanması üçün əlimdən nə gəlirsə, etməyə çalışacağam”.

“Makkabi” – “Sabah” cütünün ilk qarşılaşması Macarıstanda keçirilib. Masazır təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Shares: