Coel Embiid Fransada azarkeşlərin onu normal qəbul etmədiklərinə reaksiyasını bildirib.
2024-cü il Olimpiadasında Serbiya ilə oyunda ABŞ millisinin mərkəz basketboçusunu azarkeşlər fitə basıblar.
“Sıfır reaksiya. Dediyim kimi, mən amerikalıyam və ABŞ milli komandasında oynayıram”, – deyə 2023-cü ildə MBA-da ən dəyərli oyunçu seçilən basketbolçu qeyd edib.
Xatırladaq ki, 2022-ci ildə o, Fransa pasportu alsa da, ABŞ yığmasında oynamaq qərarına gəlib.