Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sumqayıt” da bu gün “Fehervar”la cavab matçına çıxıb.

Rəqib meydanında keçirilən bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start verilib. 

Samir Abasovun çalışdırdığı Azərbaycan təmsilçisi doğma meydanda baş tutan ilk oyunda Macarıstan klubuna 1:2 hesabıyla uduzmuşdu. Bu üzdən də təmsilçimizə mərhələ adlamaq üçün mütləq inamlı hesabla qələbə qazanmaq lazım idi. Amma cavab görüşündə qapılara qol vurulmayıb. Bu üzdən də “Fehervar” növbəti mərhələyə yüksəlibsə, “Sumqayıt” mübarizəni dayandırıb.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

31 iyul

Fehervar – Sumqayıt 0:0
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu.
İlk oyun – 2:1.

Fehervar: 22. Balaş Tot, 8. Boqdan Melnik, 21. Andras Husti, 31. Nikola Serafimov, 14. Aron Ksonqvai (k), 7. Sabols Şön, 77. Matyas Katona, 20. Tobias Kristensen, 27. Bence Bedi, 11. Nikolas Stefanelli, 19. Patrik Kovaç.
Ehtiyat oyunçular: Dala, Veselinov, Larsen, Stafebelli, Kavac, Simut, Bence, Patrik, Husuti, Ominger, Babos.
Baş məşqçi: Tamaş Peto.
Sumqayıt: 1. Mehdi Cənətov, 8. Səbuhi Abdullazadə, 3. Slavişa Radoviç, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 19. Roy Kehat, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 10. Rəhim Sadıxov, 9. Nikola Vuynoviç.
Ehtiyat oyunçular: Murad Ağamalıyev, Xəyal Fərzullayev,  Nihad Əhmədzadə, Sənan Muradlı, Kamran Quliyev, Uğur Cahangirov, Tressor Mossi.
Baş məşqçi: Samir Abasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp