“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Dunayska Streda”ya qarşı keçirəcəkləri görüşdən öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı bunları söyləyib:

“Sabah bizi olduqca vacib oyun gözləyir. Bilirik ki, rəqibimiz evdə böyük istək və motivasiya ilə oynayır. İlk matçda qələbə qazanmışıq. Müəyyən üstünlüyümüz var. Rəqib ilk dəqiqələrdən bu üstünlüyü aradan qaldırmağa çalışacaq. Biz də mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.

Pyuna ciddi rejimdə hazırlaşmışıq. Mental hazırlığa daha çox yer ayırmışıq. Çünki ilk oyunda qələbə qazananda cavab görüşündə psixoloji hazırlıq önəmli olur. Amma taktiki cəhətdən də çox işləmişik. Rəqibin savadlı məşqçisi var. Biz onu ikinci hissədəki həmlələri ilə gördük. Başa düşürük ki, sabah bizi necə oyun gözləyir.

Hər futbolçunun təhlilini aparmışıq. Düşünürəm ki, son oyundakı rotasiya futbolçuların fiziki durumuna görədir. Çünki səfərdən dönmüşdülər. Baş məşqçinin ölkə çempionatında etdiyi rotasiyalar onu göstərir ki, rəqib matça çox ciddi hazırlaşıb. Rəqibdən sabah da yeniliklər gözləyirik”.

Shares: