“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Dunayska Streda”ya qarşı keçirəcəkləri görüşdən öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq üçün çox əziyyət çəkməli olduqlarını bildirib:

“Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin güclü və zəif tərəflərini bilirik. Onlar evdə yaxşı çıxış edirlər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində yaxşı oyunçular var. İlk matçda qələbə üçün çox əziyyət çəkdik. Sabah da çox əziyyət çəkməli olacağıq”.

Shares: