İsrailin “Makkabi” klubu Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxarın oyunöncəsi mətbuat konfransı baş tutmayacaq.

Buna səbəb komandanın Bakıya gecə saatlarında çatmasıdır.

“Sabah” – “Makkabi” qarşılaşması sabah saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasında ilk görüş Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp