Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşıb.

Görüşdə hesabı “Qəbələ” açıb. Baxışda olan seneqallı Loren Mendi Asiya təmsilçisinin qapısına yol tapıb. Küveyt klubu fasiləyədək hesaba tarazlıq gətirib.

İkinci hissədə “Qəbələ” yenidən fərqlənib. Baxışda olan braziliyalı Luizinyo Qedeş rəqibi məyus edib. Qonaq komanda bu topun əvəzini çıxa bilib – 2:2. Beləliklə, Qəbələ şəhər stadionunda təşkil olunan matç məhsuldar heç-heçə ilə nəticələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp