“Sabah” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşmaya 6500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

“Sabah” və “Makkabi” arasında cavab matçı avqustun 1-də Masazırda, “Bank Respublika Arena”da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp