“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə “Fehervar”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları bildirib:

“Futbolçularıma təşəkkür edirəm. Ağır matçda qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik. Turnirə hazırlıqsız başlamışdıq. Süliman İsanın zədələnməsi, Murad Xaçayevin cəzalı olması bizi pis vəziyyətdə qoydu. Düşünürəm ki, futbolçular bacardıqlarını etdilər. Artıq çempionata köklənəcəyik”.

İki oyunun nəticəsinə (1:2, 0:0) görə, “Sumqayıt” Konfrans Liqasında mübarizəni dayandırıb.

Shares: