Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, cavab görüşləri çərçivəsində 7 matç baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki rəqibi də bəlli olub. Qurban Qurbanovun komandası Boqlarıstanın “Ludoqorets” klubu ilə qarşılaşacaq. Bolqarıstanlılar 2 oyunun nəticəsinə görə Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırıblar. Evdə 2:0 hesabı ilə qalib gələn “Ludoqorets” səfərdə 0:1 hesabı ilə uduzub.

“Qarabağ”la Bolqarıstan çempionu arasındakı oyunlar avqustun 5-6-da və avqustun 13-də keçiriləcək.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları

31 iyul

RFS – Bodo Qlimt 1:3
İlk oyun – 0:4

Midtyulland – Santa Koloma 1:0
İlk oyun – 3:0

Makkabi (Təl-Əviv) – Styaua 0:1
İlk oyun – 1:1

Partizan – Dinamo (Kiyev) 0:3
İlk oyun – 2:6

Yagellonya – Panevejis 3:1
İlk oyun – 4:0

Dinamo (Minsk) – Ludoqorets 1:0
İlk oyun – 0:2

Borats – PAOK 0:1
İlk oyun – 2:3

Shares: