Çempionlar Liqası və Konfrans Liqasının II təsnifat mərhələsinin dünən baş tutan oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Futbolinfo.az saytı xəbər verir ki, “Sumqayıt” Konfrans Liqası matçında Macarıstanda “Fehervar”la qolsuz bərabərə qalaraq, Azərbaycanın aktivinə 0,125 xal yazdırıb. Lakin bu, reytinqdə geriləməyimizə mane olmayıb. Azərbaycan son 5 ildəki nəticələrə görə, Slovakiya ilə eyni – 18,125 xal toplayıb. Əlavə əmsallara görə, slovaklar 24-cü pilləyə yüksəlib, Azərbaycan isə 25-ci yerə düşüb.
Azərbaycanla yanaşı, İsrail, Bolqarıstan, Finlandiya, Şimali İrlandiya, Gürcüstan və Şimali Makedoniya da reytinqdə geriləyib. Əvəzində Norveç, Slovakiya, Kipr, İsveç, Latviya, Farer adaları, Estoniya və Monteneqroda geriləmə müşahidə edilib.
UEFA reytinqinə 89,160 xalla İngiltərə başçılıq edir.