Konor Makqreqor avtomobil təhlükəli idarə etdiyinə görə iki il müddətinə sürücülük hüququndan məhrum edilib.
Hadisə 2022-ci ilin martında Dublində baş verib. UFC-nin sabiq çempionu sürət həddini aşaraq qırmızı işıqda keçməklə qəza şəraiti yaradıb.
Məhkəmə Makqreqoru sürücülük vəsiqəsindən məhrum etməklə yanaşı, 5 min avro cərimə və 5 aylıq şərti cəza verib.
Xatırladaq ki, irlandiyalı artıq oxşar cinayətə görə bir dəfə həbs edilib. O, 2018-ci ildə altı ay müddətinə sürücülük vəsiqəsindən məhrum olmuşdu.