Ralli üzrə dünya çempionatının (WRC) təşkilatçıları növbəti mövsümün təqvimini təsdiqləyiblər. 2025-ci ildə WRC-də 14 mərhələ olacaq.
Təqvimdə üç debüt mərhələ var. Bunlar Kanar adaları, Paraqvay və Səudiyyə Ərəbistanı rallisidir.
Mövsümün açılışı ənənəvi olaraq Monte Karlo rallisi ilə olacaq. Çempionat Səudiyyə Ərəbistanında başa çatacaq.
2025-ci il mövsümü üçün WRC təqvimi belədir:
Monte Karlo (asfalt/qar) – 23-26 yanvar
İsveç (qar) – 13-16 fevral
Keniya (çınqıl) – 20-23 mart
Kanar adaları (asfalt) – 24-27 aprel
Portuqaliya (çınqıl) – 15-18 may
Sardiniya (İtaliya; çınqıl) – 5-8 iyun
Yunanıstan (çınqıl) – 26-29 iyun
Estoniya (çınqıl) – 17-20 iyul
Finlandiya (çınqıl) – 31 iyul – 3 avqust
Paraqvay (çınqıl) – 28-31 avqust
Çili (çınqıl) – 11-14 sentyabr
Mərkəzi Avropa (Almaniya-Çexiya-Avstriya; asfalt) – 16-19 oktyabr
Yaponiya (asfalt) – 6-9 noyabr
Səudiyyə Ərəbistanı (çınqıl) – 27-30 noyabr