“Arsenal” yeni transferə hazırlaşır. Londonlular İspaniya millisinin hücumçusunu heyətinə qatmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta “Real Sosyedad”da oynayan həmyerlisi və adaşı Mikel Merinonu yamına gətirir. Tərəflər 25 milyon funt-sterlinqə razılıq əldə edib. Futbollçu ilə 4 illik müqavilənin şərtləri dəqiqləşdirilib.

Vaxtilə İngiltərədə oynamış 28 yaşlı forvard 2018-ci ildə “Nyukasl”dan “Real Sosyedad”a 12 milyon avroya satılmışdı.

Shares: