Slovakiyanın velosiped komandası Olimpiya kəndində oğurluğun qurban olub. Onların avadanlıqları yoxa çıxıb.

“Slovakiya nümayəndə heyətinin vəsaitləri bazar ertəsi gündüz saatlarında oğurlanıb. Hadisə Sen-Denidəki Olimpiya kəndində baş verib”, – deyə yerli jurnalist Amauri Brelet polisdəki mənbəyə istinadən sosial media hesabında yazıb.

İdmançılardan 10 ədəd velosiped təkəri, ehtiyat hissələri və bir neçə açar oğurlanıb. Zərərin məbləği 2,3 min avro olaraq qiymətləndirilir.

Komandanın baş məşqçisi polisə şikayət edib. Bütün avadanlıq kilidi sındırılmış şkafda saxlanılırdı.

Shares: