Skott Maktominey “Fulhem”ə keçə bilər. “Mançester Yunayted”də əsas heyətə düşə bilməyən yarımmüdafiəçi londonlulardan real təklif alıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Şotlandya millisinin 27 yaşlı üzvü üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır. Amma “qırmızı şeytanlar” yetirməsinə görə 30 milyon tələb edir.
“Fulhem” futbolçunun satılacağına əmindir. Maktomineyin mançesterlilərlə müqaviləsi gələn yay başa çatır. Onu azad agent kimi itirməmək üçün indi satmaq şərtdir.